BURADA REKLAMINIZ OLA
BİLƏR

Astarada qanunsuz ov edən şəxs aşkarlandı

Astarada qanunsuz ov edən şəxs aşkarlanıb.

Pravda.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Astara rayon Pensər kənd sakini F.Əliyev saxlanılıb.

Ondan qanunsuz olaraq ovladığı çöl quşları və 1ədəd ov tüfəngi aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən həmçinin, rayonun Pəlikeş kənd sakini Ş.Vahabovdan isə qanunsuz olaraq saxladığı 1 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Astara RPŞ-də araşdırma aparılır

Tarix: 13 Fevral 2022, 11:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin