BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda bazarda yanğın - YENİLƏNDİ

Qəbələnin Vəndam kəndində bazarda başlayan yanğının qarşısı alınıb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində qısa müddətdə alovun qarşısı alınıb.

 

Yanğın söndürülüb.

 

***

20:15

 

Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən bazarda yanğın başlayıb.

Pravda.az-ın xəbərinə görə hazırda ticarət mərkəzindəki bir neçə mağazada baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Yanğın davam edir. Faktla bağlı araşdırma aparılır.

APA

Tarix: 13 Fevral 2022, 20:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin