BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat Elnur Allahverdiyevin bahalı saatları - FOTOLAR

Daha bir millət vəkili bahalı saatları ilə gündəmə gəlib.

Millət vəkili Elnur Allahverdiyev də həmkarı kimi saat kolleksiyası ilə diqqət çəkib. Hətta deputatın kolleksiyasında “Jaquet Droz” ,”Patek Philippe” və “Rolex” kimi qiymətli saatları mövcuddur.

Qeyd edək ki, Yaponiya brendi olan “Jaquet Droz” saatının qiyməti 20 min dollarlar 100 min dollar civarında dəyişir. Sözügedən saat 18 əyar qızıladan hazırlanıb.

“Patek Philippe” markasının Grand Complications modelinin qiyməti 100 min və 4 milyon dollar arasında dəyişir.

Deputatın sözügedən markalara məxsus saatlarının fotolarını təqdim edirik:

Xatırladaq ki, mətbuatda gedən məlumata görə, Elnur Allahverdiyev biznes fəaliyyəti ilə məşğuldur, “Kontakt Home” mağazalar şəbəkəsinin sahiblərindən biridir.

Onu da bildirək ki, E.Allahverdiyevin onlayn görüş zamanı masanın üzərində istifadə etdiyi “MakBook”un qiyməti “Kontakt Home” mağazalar şəbəkəsində 4858 Azn-ə satılır.

Fotoları təqdim edirik
Tarix: 14 Fevral 2022, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin