BURADA REKLAMINIZ OLA
BİLƏR

Ölüb ya ölməyib? – MSK-dan daha bir AÇIQLAMA

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Qazaxda seçki məntəqəsində qeydə alınan hadisəyə aydınlıq gətirib.

 

MSK üzvü Baxşeyiş Əsgərov qeyd edib ki, Xanlar Lalayevin qardaşı arvadının öldüyü haqqında məlumatlıdırlar:

 

“Xanlar Lalayev videoda səsləndirdiyi fikirləri qardaşı arvadı üçün deyil, özünün 7 il əvvəl ayrıldığı həyat yoldaşı haqqında deyir. Onun ayrıldığı həyat yoldaşı isə ölməyib, Bakıda yaşayır".

 

B.Əsgərov Gülnar Əliyevanın qəbrinin görüntülərinin onlarda olduğunu da deyib: “Ötən iclasda bu video haqqında səsləndirdiyimiz məlumatlar mətbuat tərəfindən düzgün təqdim edilməyib. “Ölməyib” ifadəsini Xanlar Lalayevin iddiasına uyğun olaraq, onun həyat yoldaşı haqqında demişik.

 

Gülnar Əliyeva yanvar ayının 17-si ölüb. Seçkilər haqqında siyahı isə bundan əvvəl tərtib olunub. Qeydiyyat idarəsi isə Gülnar Əliyevanın ayrılsa da, Xanlar Lalayevin evində hələ də qeydiyyatda olduğunu təsdiqləyib".

 

Xatırladaq ki, Qazax sakini Xanlar Lalayev Modern.az-a açıqlamasında bildirib ki, məntəqə seçki komissiyası onun vəfat etmiş qardaşı arvadı Gülnar Əliyevanın adına bildiriş göndərilib.

Tarix: 21 Fevral 2020, 16:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin