BURADA REKLAMINIZ OLA
BİLƏR

Kursant itkin düşdü

Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı itkin düşüb.

 

Pravda.az xəbər verir ki, bu barədə APA-ya kursantın qohumu Adil Babaşov məlumat verib.

 

A.Babaşov bildirib ki, qohumu 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.

 

Bundan sonra ondan xəbər olmayıb. İlkin məlumata görə, Vüsal Hüseynli sonuncu dəfə 28 May metrostansiyasından çıxarkən görülüb.

 

Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verilib.

 

Onu görən şəxslərdən 055 791 65 33 nömrəsinə məlumat vermələri xahiş olunur.

Tarix: 14 Fevral 2022, 21:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin