BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatdan Ramiz Mehdiyevin istefası ilə bağlı açıqlama: “Dövlətçilik ərkanına müvafiq şəkildə yola salmalıyıq”

“Akademik Ramiz Mehdiyevin istefasını hörmətlə qarşılayıram və hesab edirəm ki, bu istefa mədəniyyətinin nümayişi olduğundan adekvat olaraq, ideoloji münasibətindən asılı olmayaraq hər kəs tərəfindən hörmətlə qarşılanmalıdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli bildirib.

 

T.Kərimli qeyd edib ki, Ramiz Mehdiyevin fəaliyyəti müstəqillik dövrünün böyük bir hissəsini əhatə edir: “Bu fəaliyyətə, təbii ki, tənqidi baxışlar da mövcuddur. Lakin Ramiz müəllimi dövlətçilik ərkanına müvafiq şəkildə yola salmalıyıq. Gəlin mühüm vəzifədə işləyəndə deyə bilmədiyimizi bundan sonra deməklə, onun həyatına acı qatmayaq. Mən ona cansağlığı və sakit həyat arzu edirəm”.

Tarix: 14 Fevral 2022, 22:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin