BURADA REKLAMINIZ OLA
BİLƏR

Dörd Eyfel qülləsi böyüklüyündə olan asteroid Yerə yaxınlaşacaq

Eyfel qülləsindən dörd dəfə böyük olan 138971 (2001 CB21) adlı nəhəng asteroid Yerə yaxınlaşır.

 

Pravda.az-ın məlumatına görə, bu barədə Rusiyanın "Roskosmos" kosmik agentliyi öz "Telegram" kanalında bildirib.

 

Ölçüsü təxminən 1,3 kilometr olan səma cismi martın 4-də Yerin orbitindən minimum məsafədən keçəcək.

 

Mütəxəssislərin obyekti "potensial təhlükəli" kateqoriyasına aid etmələrinə baxmayaraq, proqnozlara görə, o, Yerlə toqquşmamalıdır, çünki o, dörd milyon kilometrdən çox uzaq məsafədən keçəcək. Bu da Aya qədər olan məsafədən 10 dəfə çoxdur.

Tarix: 15 Fevral 2022, 00:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin