BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qadın meyiti aşkarlandı

Bakıda mənzildə qadın meyiti aşkarlanıb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Rəcəbova Tamella Həsən qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Tarix: 15 Fevral 2022, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin