BURADA REKLAMINIZ OLA
BİLƏR

Əvəz Zeynallı: “Ramiz Mehdiyevin bütün komandası, vəzifəyə təyin etdiyi hər kəs nəzarətə götürülməlidir”

"Ramiz Mehdiyevin istefaya çağırılması cəmiyyətdə ciddi səs-küyə səbəb olmuşdu. Əvvəllər hamı gözləyirdi ki, o, həmin reaksiyalara cavab verər, yəni xoşluqla gedər. Akademiyanın mətbuat xidmətinin müzakirələrə səbəb olan açıqlamasında Ramiz Mehdiyev bütün işləri Prezidentin tapşırığı ilə gördüyünü qeyd edirdi. Yəqin, ondan sonra vəziyyət dəyişdi: Prezident İlham Əliyev xəbər göndərdi və Ramiz Mehdiyev də istefa verdi. Fikrimcə, o, Prezidentdən xəbərsiz və onun israrı olmadan istefa verməyəcəkdi. Güman edirəm ki, Prezident işə müdaxilə etdi".

 

Bunu Pravda.az-a açıqlamasında jurnalist Əvəz Zeynallı deyib.

 

Ə.Zeynallı, həmçinin qeyd edib ki, Ramiz Mehdiyev bütün vəzifələrindən, eləcə də Təhlükəsizlik Şurasının üzvlüyündən getməlidir: "Onun bütün komandası, vəzifəyə təyin etdiyi hər kəs nəzarətə götürülməlidir. Ramiz Mehdiyevin özü isə ən xırda hərəkətlənmədə belə, həbs edilməlidir. Hətta həbs edilməsə də, hər zaman "gözaltında" saxlanılmalıdır, yəni, ev dustağı olmalıdır. Çünki onun şəxsi bağlantıları, eləcə də digər ölkələrlə əlaqələri onu deməyə əsas verir ki, Ramiz Mehdiyevə hər zaman nəzarət edilməlidir".

 

Nəzrin Cavid

Tarix: 15 Fevral 2022, 12:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin