BURADA REKLAMINIZ OLA
BİLƏR

Qüdrət Həsənquliyev: “Silahlı Qüvvələrə parlament nəzarəti olmalıdır”

“Silahlı Qüvvələrin maddi-texniki təminatının daha yüksək səviyyədə təchiz edilməsi istənilir. Silahlı Qüvvələrə parlament nəzarəti olmalıdır. Bizdə hərbi qulluqçuların hüquqları barədə normalar yoxdur. Bu necə ola bilər? Konstitusion müddəaları heç olmasa bu qanuna daxil etməliyik. Çox təəssüf ki, bu gün Respublika Prokurorluğunda aparılan iş də onu göstərir ki, hərbçilərə Konstitusiya zidd tapşırıqlar, əmr və göstərişlər verilib, ayrı-ayrı şəxslər orta əsrlərə aid işgəncələrə məruz qalıb”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

 

Deputat qeyd edib ki, qanunun həcmi genişləndirilməli, qanunda hərbi qulluqçuların hüquqları da əksini tapmalıdır.

Tarix: 15 Fevral 2022, 12:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin