BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Mehdiyevin köməkçisi barəsində qərar verildi

Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub.

 

Pravda.az Lent.az-a istinadən xəbər verir ki, E.Əmirov ötən həftə “Bandotdel” tərəfindən saxlanılıb. Onun barəsində çoxsaylı şikayətlər olub.

 

Şikayətlər əsasən E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlıdır. iddia olunur ki, o, pul ilə işə adam düzəldirmiş.

 

Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.

 

E.Əmirov barəsində artıq məhkəmə qərarı da var.

 

Belə ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə E. Əmirov barəsində 30 sutka həbs qərarı çıxarılıb.

Tarix: 15 Fevral 2022, 13:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin