BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin təcili toplantı keçirdi

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili toplantı keçirib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

Onun sözlərinə görə, toplantıda ölkənin sosial-iqtisadi inkişafına dair mövzular müzakirə olunub.

 

“Bundan başqa bu axşam planlaşdırılan Rusiya və Türkiyə prezidentləri arasındakı telefon danışığı kontekstində Suriyanın İdlib əyaləti ətrafındakı vəziyyət barədə müzakirələr aparılıb. Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərini bu gün Belarus prezidenti Aleksandr Lukaşenko ilə apardığı telefon danışığı barədə də məlumatlandırıb”, - deyə D. Peskov qeyd edib.APA

Tarix: 21 Fevral 2020, 17:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin