BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan vətəndaşları Ermənistanda 6 daşınmaz əmlaka sahibdir - 2010-2021-ci illərdə rəsmiləşdirilib

 Azərbaycan vətəndaşları Ermənistanda azı 6 daşınmaz əmlaka sahibdir.

 

Bu barədə Ermənistan Kadastr Komitəsi məlumat verib.

 

2010-2021-ci illərdə 71 Türkiyə və 6 Azərbaycan vətəndaşı əmlaka sahib olmaqla bağlı qeydiyyatı rəsmiləşdirib.

 

Komitənin məlumatına görə, Azərbaycan vətəndaşları 20212-ci ildə Ermənistanda 2, 2018 və 2019-cu illərdə isə 1 mənzil alıb. 2012-ci ildə mənzillərdən biri Azərbaycan vətəndaşına pay kimi verilib, daha bir ictimai əhəmiyyətli obyekt də bu ölkənin vətəndaşına satılıb.

 

Qeyd olunub ki, qeyd olunan dövrdə Türkiyə yaxud Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxslər Ermənistanda əmlak sahibi olmayıb.

 

APA

Tarix: 15 Fevral 2022, 13:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin