BURADA REKLAMINIZ OLA
BİLƏR

Sədr müavini: “Şeyxin səlahiyyəti məgər nəzir qutusu, molla təyinatı ilə bağlıdır?!”

“Şeyxin Azərbaycan tarixindəki rolu məgər bu iki maddəyə bağlıdır? Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib. Şeyxin səlahiyyəti məgər nəzir qutusu, molla təyinatı ilə bağlıdır?! Axı Prezident İlham Əliyev Şeyx həzrətlərini “Şərəf” ordeni ilə təltif edib! Cəmiyyətdə bu qədər xidməti olan bir adamı niyə nəzir qutusu, molla təyinatı ilə əlaqələndirirlər?! Mən Şeyx təəssübkeşi kimi danışmıram, amma mətbuatda yazılan xəbərlərə baxın. Qanunun məqsədi hansısa fərd, qurum deyil, məqsəd Azərbaycanın Konstitusiyasına, tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə əsasən, qanunun müasir tələblərə uyğunlaşdırılmasıdır”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib.

 

F. İbrahimli cahil mollaların Azərbaycan cəmiyyətinə vurduğu ziyana da toxunub: “Yer üzündə elə ölkə var ki, orada cəhalətə qarşı qanun qəbul olunsun və orada cəhalətin kökü kəsilsin?! Cahillik cəmiyyətin məhsuludur. Biz özümüz ona yol açırıq”.

Tarix: 15 Fevral 2022, 13:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin