BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat sədr müavininə xəbərdarlıq etdi: “Axırıncı dəfə sizə bildirirəm”

“Bütövlükdə mollaları qara rəngdə görmək istəmədim. Bütün sahələrdə bunlar var. Biz bu gün cəmiyyətdə gördüyümüz neqativləri deməliyik. Heç kəs də sizə səlahiyyət verməyib ki, yetənə daş atasınız, yetməyənə də güllə atasınız. Mən parlamentə dünən gəlməmişm. Ulu öndər mənə beş dəfə etimad edib. İnsanlar nə etsin?! Mollanı dəvət edir. Fəzail müəllim (Milli Məclisin sədr müavini Fəzail İbrahimlini nəzərdə tutur – red) , bu sizə yaraşmaz. Məni nümunə çəkməməlisiniz. Axırıncı dəfə sizə bildirirəm”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı deyib.

 

F.İbrahimli isə qeyd edib ki, Məlahət İbrahimqızının heysiyyatına toxunan nəsə deyibsə, üzr istəyir: “Mən burada sizin sualınızı gündəmə gətirdim, cəhalətlə bağlı fikirlərimi bölüşdüm. Mən çox mat qaldım. Onu deyim ki, siz bu ideyanı Hacı Salmandan alırsınız”.

Tarix: 15 Fevral 2022, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin