BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya Duması separatçı "DXR" və "LXR"-in tanınması üçün Putinə müraciət qəbul edib

Rusiya Dövlət Duması Ukraynanın Donbass bölgəsinin separatçı “respublikaları”nın (“Donetsk və Luqansk Xalq Respublikaları”) müstəqilliyinin tanınması ilə bağlı Prezident Vladimir Putinə müraciət qəbul edib.

 

Bu barədə TASS məlumat yayıb.

 

Xatırladaq ki, bir müddət əvvəl Kommunist Partiyasından olan deputatlar Dumanın Rusiya Prezidentinə müraciət layihəsində Vladimir Putindən öz müstəqilliyini elan etmiş “Donetsk və Luqansk Xalq Respublikaları”nın müstəqil dövlət kimi tanınması məsələsini nəzərdən keçirməyi, habelə bu qurumlarla danışıqlar aparmağı xahiş edib.

 

APA

Tarix: 15 Fevral 2022, 14:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin