BURADA REKLAMINIZ OLA
BİLƏR

Nadir İsmayılov yenidən məhkəməyə verildi

“Zaminbank” ASC-nin Müşahidə Şurasının həbsdə olan sabiq sədri Nadir İsmayılov yenidən məhkəməyə verilib.

 

Pravda.az-ın xəbərinə görə, onunla bağlı şikayətə Səbail Rayon Məhkəməsində baxılacaq.

 

Məlumata görə, şikayət kredit müqaviləsi öhdəliklərinin pozulması ilə bağlıdır.

 

Qeyd edək ki, Nadir İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin fevralın 4-də çıxardığı hökmə əsasən, 14 il müddətinə azadlıqdan məhrum olunub.

 

Ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilib.

 

 

Tarix: 15 Fevral 2022, 15:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin