BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatdan Prezident İlham Əliyevin Ağdama səfərilə bağlı açıqlama

“Ölkə başçısı növbəti dəfə Ağdama səfər edib. Bütün bu səfərləri Qarabağın dirçəliş prosesinin tərkib hissəsi kimi qiymətləndirə bilərik. Cənab prezident son illərdə ölkə üzrə bütün təmir-bərpa işlərilə şəxsən yaxından tanış olur. Bu da abadlıq-quruculuq işlərinə olan nəzarətin bəhrəsidir ki, artıq ölkəmiz gündən-günə gözəlləşir, abadlaşır. Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb. Lakin bu gün Qarabağda  quruculuq  işləri ardıcıllıqla həyata keçirilir.  Dövlətimizin başçısı bununla bağlı tez-tez tapşırıqlar verir, tövsiyyələrini bildirir. Xalqımızın istək və arzularını reallaşdırmaq niyyətində olan prezidentimiz çalışır ki, azad olunan ərazilərimizdə tezliklə həyat bərpa olunsun, insanlar firavan, ömürlərini ata-baba yurdlarında davam etdirsinlər. Qarabağ tamamilə müasir üslubda, qədimliyini qoruyaraq bərpa olunur. İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 28 may tarixli 1347 nömrəli Fərmanı ilə Ağdam rayonunda Ağdam Sənaye Parkı yaradılmışdır. Cənab prezident Ağdama sonuncu səfəri zamanı bu sənaye parkının təməlini qoymuşdu. Artıq bu dəfə   Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin əsası qoyuldu. Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması Qarabağda  sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməklə yanaşı, istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutur. Bu ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, işğaldan azad olunmuş rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətli olacaq”.

 

Bunu Pravda.az-a deputat Müşfiq Cəfərov deyib.

 

Deputat qeyd edib ki, bu müəssisədə açılacaq olan yeni iş yerləri Ağdam əhalisinin işsizlik kimi bir problemlə üzləşməsinin qarşısını alacaq: “Bəs bu müəssisələr necə açılacaq? Bunun üçün dövlət və yerli sahibkar birliyi gərəklidir. Başqa ölkələrə yatırımlar edən iş adamları öz doğma torpaqlarımıza investisiya qoymaqla dirçəliş prosesini daha da tezləşdirməlidirlər. Dövlətimiz  sahibkarları dəstəkləyir, güzəştli kreditlər verir. Əlbəttə ki, bölgələrdə qurulacaq olan infrastruktur layihələrinin icrası sahibkarlıq üçün gözəl imkanlar yaradır”.

Tarix: 15 Fevral 2022, 16:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin