BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kreml sahibinin məqsədi Ukraynaya qarşı təzyiqi “separatçıları tanıyaram ha...” formasında davam etdirməkdən ibarətdir”

“Rusiya prezidenti Vladimir Putin Qərb liderlərindən aldığı müxtəlif xəbərdarlıqlar qarşılığında Ukrayna ilə sərhəddən qoşunlarını geri çəkməyə qərar veribsə, Dövlət Duması nədən Donbass separatçılarını tanımaq məqsədilə Kreml sahibinə müraciət edib? Bəllidir ki, Dövlət Dumasında çoxluq Putinin nəzarəti altındadır. Deməli, Duma məhz Kremlı sahibinin istəyi ilə “separatçıların tanınması müraciətinin” məhz fevralın 15-də ona təqdim edilməsini təşkil edib”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

Politoloq qeyd edib ki, Kreml sahibinin məqsədi Qərbin təzyiqləri qarşısında tam güzəştə getmədiyini göstərmək, Ukraynaya qarşı təzyiqi “separatçıları tanıyaram ha...” formasında davam etdirməkdən ibarətdir: “Putin “demokl qılıncını” Kiyevin başı üzərində saxlayacaq. Onun separatçıları rəsmən tanıması Minsk razılaşmalarından çıxması anlamına gələcək. Putin hazırda bu addımı atmaq istəmir, çünki özü Kiyevdən həmin razılaşmaların yerinə yetirilməsini tələb edir. Ancaq Kreml sahibi “separatçıları tanıya biləcəyi” alətini daima əlində saxlayacaq ki, istənilən an ondan istifadə edə bilsin”.

Tarix: 15 Fevral 2022, 16:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin