BURADA REKLAMINIZ OLA
BİLƏR

İşçi qrupun rəhbəri: "Azərbaycanlıların Ukraynadan çıxarılması ilə bağlı heç bir qərar yoxdur"

"Bütün proqnozlar Rusiya ilə Ukrayna arasında müharibənin olmayacağını göstərir. Müasir dövrdə Avropanın tam mərkəzində letal insan tələfatı ilə müharibə aparmaq ağlabatan deyil. Bundan başqa, Avropanın, eyni zamanda Rusiyanın iqtisadi durumu bir o qədər yaxşı deyil. İstənilən müharibə isə böyük iqtisadi itkilər deməkdir. Nəzərə almaq lazımdır ki, təkcə taxılın qiyməti müharibə haqqında xəbərlərin yayıldığı ərəfədə  təxminən 5-6 faiz artıb".

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev deyib.

 

Deputat bildirib ki, bu müharibə iqtisadi cəhətdən nə Avropaya, nə də Rusiyaya lazımdır: "İnanmıram ki, Avropa o mərhələyə çatdırsın ki, müharibə baş tutsun. Həmçinin Rusiya rəsmiləri də müharibə etmək istəmədiklərini dəfələrlə bildiriblər. Artıq Avropanın 30-a yaxın aparıcı ölkəsi diplomatik korpusunu Ukraynadan ya çıxarıb, ya nümayəndələrinin sayını azaldıb. Eyni zamanda, öz vətəndaşlarına Ukraynaya getməməyi məsləhət görür. Bu, beynəlxalq intriqadır. Bu gün azərbaycanlıların Ukraynadan çıxarılması və ya digər hansısa addımların atılması ilə bağlı heç bir qərar və məlumat yoxdur. Qərb ölkələrinin bu addımları daha çox "vur-vurum ssenarisi"dir. Düşünürəm ki, heç bir ölkə bu məsuliyyəti üzərinə götürə bilməyəcək. Azərbaycan və Türkiyənin mövqeyi isə bəllidir. Əsasən də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə deyib ki, rəsmi Kiyev və Moskva paytaxt Ankarada birgə fikir mübadiləsi apararaq məsələni sülh və diplomatik yolla həll edə bilər".

 

Nəzrin Cavid

Tarix: 15 Fevral 2022, 17:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin