BURADA REKLAMINIZ OLA
BİLƏR

Operativ Qərərgah daha bir məlumat yaydı

Azərbaycanda buster doza üzrə vaksinasiya olunanların sayı 2,5 milyonu ötüb.

Pravda.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirus (COVID-19) əleyhinə 71 434 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 052, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 052, buster doza üzrə vaksinasiya olunanların sayı isə 66 330 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 12 549 963, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 270 596, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 766 430, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 512 937 təşkil edir.


Tarix: 15 Fevral 2022, 19:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin