BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qondarma “DXR” və “LXR”in tanınması siyasi fəlakət olacaq” - Olaf Şolts

“Rusiya tərəfindən tanınmamış Donetsk və Luqansk xalq respublikalarının müstəqilliyinin mümkün tanınması siyasi fəlakət və Minsk razılaşmalarının pozulması olacaq”.

Pravda.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Əgər parlament təklif olunanları qəbul edərsə və bu, reallığa çevrilərsə, əlbəttə ki, bu, Minsk razılaşmalarının pozulması demək olacaq. Bu, prosesin dayandırılacağı və bunun siyasi fəlakət olacağı anlamına gələcək”, - Şolts Putinlə danışıqlardan sonra deyib.

Xatırladaq ki, Rusiya Dövlət Duması qondarma Donetsk və Luqansk Xalq Respublikalarının tanınması ilə bağlı ölkə Prezidenti Vladimir Putinə müraciəti qəbul edib. Sözügedən müraciət layihəsi ölkənin Kommunist partiyası tərəfindən təklif edilib.

Tarix: 15 Fevral 2022, 20:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin