BURADA REKLAMINIZ OLA
BİLƏR

“30 ildir bizə deyirlər ki, NATO genişlənməyəcək”

NATO Rusiya sərhədlərinə doğru genişlənməyə davam edir.

Pravda.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

"NATO-nun genişlənməsi ilə bağlı çox gözəl bir ifadə dediniz - "Deyirlər ki, yaxın illərdə Ukrayna NATO-da olmayacaq”. “Deyirlər”, nə deməkdir? Siz və mən dövlətlərarası münasibətlərdə “deyirlər”in nə demək olduğunu başa düşməliyik. 30 ildir bizə deyirlər ki, NATO ümumiyyətlə, Rusiya sərhədlərinə doğru bir qarış belə genişlənməyəcək. Bu gün isə biz NATO infrastrukturunu öz evimizin yanında görürük”, - deyə Rusiya prezidenti vurğulayıb.





Tarix: 15 Fevral 2022, 20:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin