BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayden Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxış edəcək

ABŞ Prezidenti Cozef Bayden fevralın 16-sı Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxış edəcək.

 

Pravda.az-ın məlumatına görə, bu barədə Ağ Evin yenilənmiş qrafikində deyilir.

 

"Prezident Rusiya və Ukrayna ilə bağlı aktual məlumatlar verəcək. O, ABŞ-ın yüksək səviyyəli diplomatiyaya açıq olduğunu və müttəfiqlərimizlə sıx koordinasiyada olduğunu təsdiq edəcək", - deyə Ağ Evin məlumatında deyilir.

 

Qeyd edilir ki, çıxış Bakı vaxtı ilə saat 00:30-a planlaşdırılır.

 

"ABŞ diplomatiyanın və gərginliyin azaldılmasının irəliyə doğru ən yaxşı yol olduğuna inanmaqda davam edir, lakin istənilən ssenariyə hazırdır", - deyə məlumatda qeyd edilir.

Tarix: 16 Fevral 2022, 00:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin