BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda müğənni yol qəzası zamanı xəsarət alıb - FOTO

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə Salyan şosesində baş verib.

 

Lamiyə Abdullayeva idarə etdiyi “Nissan” markalı nəqliyyat vasitəsi ilə köməkçi yoldan əsas yola çıxarkən “Mercedes” markalı maşına çırpılıb. Qəza nəticəsində L.Abdullayeva xəsarət alıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, L.Abdullayeva müğənni kimi fəaliyyət göstərir.

 

APA

Fotoları təqdim edirik
Tarix: 16 Fevral 2022, 01:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin