BURADA REKLAMINIZ OLA
BİLƏR

Naqif Həmzəyev: “Məmməd Əmir Rəsulzadə ilə bağlı heç bir mənfi rəy bildirməmişəm”

“Çox təəssüfər olsun ki, bizi istəməyən qüvvələr və media qurumları tərəfindən mənə qarşı informasiya terroru həyata keçirildi. Mən Məmməd Əmir Rəsulzadə ilə bağlı heç bir mənfi rəy bildirməmişəm və ümumiyyətlə heç bir Azərbaycanlının haqqı çatmır ki, Cümhuriyyətin yaradıcılarıyla bağlı mənfi fikir bildirsin. Əfsuslar olsun ki, sapı bizdən olan baltalar gənc kadrları sıradan çıxarmaq istəyirlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Deputat xatırladıb ki, bir müddət öncə, jurnalistlərlə birlikdə yemək masasında hansısa müzakirələr gedib və ümuməyyətlə, orda heç bir fikir səsləndirməyib: “ O fikirlər də yerdən səsləndirilib, mən heç bir təhqiramiz ifadə işlətməmişəm. Burdan da insanlara səslənirəm ki, bu sual artıq mənə ünvanlanmasın”.

Tarix: 21 Noyabr 2019, 21:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin