BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Mehdiyevin yazısı silindi - FOTO

Bir neçə gün əvvəl istefa verəcəyini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin göstərişi ilə hazırlanan yazı qurumun rəsmi saytından silinib.

Pravda.az-ın məlumatına görə, AMEA Mətbuat Xidməti tərəfindən deputatlar, alimlər barədə hazırlanan təhqiredici yazı fevralın 10-da qurumun saytında yerləşdirilib. 

Təbii ki, R.Mehdiyevin göstərişi ilə hazırlanan yazı adları çəkilən şəxslər tərəfindən ciddi narazılığa səbəb olub. Yazıda deputat - Fəzail Ağamalı, Etibar Əliyev, Musa Qasımlı, akademik Vaqif Abbasov və digər şəxslərin adı hallanıb. 

Qeyd edək ki, yazı AMEA-nın rəsmi saytından silinsə də, “Facebook” səhifəsində qalmaqdadır.

Tarix: 16 Fevral 2022, 11:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin