BURADA REKLAMINIZ OLA
BİLƏR

İlqar Məmmədov qərarını açıqladı - "Deyirlər ki, hakimiyyətlə anlaşıb, mandat alacaq..." - VİDEO

“Hazırda Azərbaycanda 5 seçki dairəsi boşdur. Bəzi adamlar söz gəzdirirlər ki, İlqar Məmmədov hakimiyyətlə anlaşıb, mandat alacaq. REAL Partiyanın sədri kimi 5 seçki dairəsinin ərazisində görüşlər keçirmişəm, vətəndaşların durumu ilə maraqlanmışam. O dairələrə səfər etdim deyə belə söz-söhbətlər yaydılar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.

 

“Belə şayiələri yayanlar rahat nəfəs alsınlar, 5 dairə üzrə seçkilər keçirilərsə, namizədliyimi irəli sürməyəcəyəm. Amma bu seçki dairələrinin ya hamısından, ya da bəzilərindən namizədlərimiz olacaq” – İ.Məmmədov qeyd edib.

Tarix: 16 Fevral 2022, 22:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin