BURADA REKLAMINIZ OLA
BİLƏR

Ziya Məmmədovun şirkətinin dövlətə borcu var

Sabiq Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən, “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun rəhbərlik etdiyi “Baghlan Group”a bağlı olan “Transqeyt” MMC-nin dövlət büdcəsinə yarım milyon manatdan çox vergi borcu yaranıb.

 

Pravda.az Qaynarinfo-ya istinadən xəbər verir ki, qanuni təmsilçisi Bayramov Elsevər Məşkur oğlu olan MMC-nin bu günə olan vergi borcu 681 min 942 manat 35 qəpikdir.

 

Qeyd edək ki, bir vaxtlar Bakının 50 faizdən çox avtobus xətləri “Transqeyt” şirkətinin rəhbərliyi altında işlədilirdi. MMC-nin nizamnamə kapitalı 9 milyon 586 min 400 manatdır.

 

Bu arada “Transqeyt” MMC mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – mənəvi zərərin ödənilməsinə görə məhkəməyə verilib.

 

Tarix: 16 Fevral 2022, 23:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin