BURADA REKLAMINIZ OLA
BİLƏR

Hacıqabulda qadın dəm qazından zəhərləndi

Hacıqabulda 33 yaşlı qadın dəm qazından zəhərlənib. 

Pravda.az xəbər verir ki, Hacıqabul şəhər Əlağa Vahid küçəsi 6 ünvanında yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənmə hadisəsi baş verib. 

Həmin evdə yaşayan 1987-ci il təvəllüdlü Novruzəliyeva Vüsalə İlqar qızı vanna otağında olarkən dəm qazından zəhərlənib. Dərhal Hacıqabul rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə təcili və təxirəsalınmaz yardım göstərilib. Hazırda xəstə kritik  vəziyyətdən çıxarılıb. Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 21 Fevral 2020, 23:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin