BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yük avtomobilinin sürücüləri yolu kəsib, böyük tıxac yarandı

Heydər Əliyev prospekti, kənar yol yük maşınları tərəfindən etiraz məqsədilə bağlanılıb.

Pravda.az-ın xəbərinə görə, Nərimanov rayon ərazisində 4 “TIR” yolu bağlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdüri Malik Əliyevə etirazlarını bildiriliblər.

Yük avtomobillərin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməsini tələb ediblər. Bildiriblər ki, icazə vərəqələrinin verilməməsi səbəbindən gətirdikləri malları xarab olur.

Bu səbəbdən Heydər Əliyev prospektində tıxac yaranıb. Hazırda Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yolun açılması istiqamətində işlər görülür.

APA

Tarix: 17 Fevral 2022, 09:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin