BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sürücülərin bağladığı yol açıldı

Bakıda səhər saatlarında yük maşınlarının sürücüləri tərəfindən bağlanan Heydər Əliyev prospektində hərəkət təmin edilib.

Pravda.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, qurum tərəfindən aparılan müvafiq tədbirlər nəticəsində yollar açılıb.

Qeyd olunub ki, hərəkətin tənzimlənməsi istiqamətində işlər artıq yekunlaşdırılıb.

A. Əsgərli onu da deyib ki, Heydər Əliyev prospekti açılsa da, yollarda sıxlıq davam edir: "Ona görə də vətəndaşlardan səbrli olmaları xahiş olunur".

Tarix: 17 Fevral 2022, 11:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin