BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Başa düşürlər ki, Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlığa getmədən Ermənistanın dövlət kimi heç bir perspektivi yoxdur”

"Azərbaycanla Ermənistan arasında etimad mühitinin formalaşdırılması üçün atılan bütün addımları müsbət qarşılayıram. Lakin ermənilər elə bir xislətə malikdirlər ki, bu gün dediklərini sabah təkzib edə bilərlər. Onlar ümumiyyətlə kommunikasiyaların açılmasında çox maraqlıdırlar, çünki bu, ilk növbədə, elə Ermənistana lazımdır. Başa düşürlər ki, kommunikasiyalar açılmadan, Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlığa getmədən Ermənistanın dövlət kimi heç bir perspektivi yoxdur. Əks halda, onların iqtisadi inkişafından söhbət belə gedə bilməz. Ona görə də Ermənistan kommunikasiyaların açılması üçün maksimum dərəcədə çalışırlar".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Deputat bildirib ki, ermənilər siyasi iddialarından hələ də əl çəkmirlər: "Havadarlarına arxayın olaraq Qarabağla bağlı statusun əldə olunması, Türkiyə ilə ərazi iddiaları məsələsini zaman-zaman dilə gətirirlər. Əlbəttə ki, bu, doğru deyil, belə ola bilməz! Ermənistan sanki deyir ki, mən sizlə dostluq-yoldaşlıq etsəm də, torpaqlarınızı da istəyirəm. Bu, yalnız xəstə erməni təfəkkürünün məhsulu ola bilər. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, yaxın gələcəkdə sülh sazişinin bağlanması real görünmür. Mən indilik bu məsələdə o qədər də nikbin deyiləm. İstənilən halda isə, müəyyən razılıqların əldə olunması qaçılmazdır. Proseslər mərhələli şəkildə həll olunmalı, atılan hər müsbət addım bizim tərəfimizdən də adekvat qarşılanmalıdır. Bu gün əgər kommunikasiyalar açılır, dəmir yolunun inşası ilə bağlı razılıqlar əldə olunursa, müsbət qəbul olunmalıdır. Sözsüz ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin və xalqımızın milli maraqlarını hər şeydən hər zaman üstün tutur. Ona görə də ermənilər ikili oyun oynamaqla nəyəsə nail ola bilməzlər. İstənilən halda, Azərbaycanın Ermənistana adekvat cavab verməsi üçün iqtisadi imkanları var. Yox, əgər proseslər nəzərətdən çıxar və ermənilər yenə də müharibə çağırışları edərlərsə, "dəmir yumruq" yerindədir. Fikrimcə, Ermənistanın baş naziri Nikol Paşinyanın Arazdəyən-Horadiz dəmir yol xəttinin inşası ilə bağlı təklifinə ölçülüb-biçilib cavab veriləcək".

 

Nəzrin Cavid

Tarix: 17 Fevral 2022, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin