BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ölkə yeni Konstitutsiyaya “hamilədir” və “doğuş” gecikərsə..."

"Azərbaycanda ixtisaslar üzrə həmkarlar təşkilatlarının yaranması çox vacibdir. TİR və taksi sürücülərinin, çörək bişirənlərin, fermerlərin, turizm işçilərinin, həkimlərin, müəllimlərin və s. sahələrin öz müstəqil həmkarları olmalıdır. Siyasi partiyalar onların atacağı addımlardan ucuz divident qazanmağı düşünməməli, onlara qanunvericilik təşəbbüsləri, qanunlara lazım ola biləcək dəyişikliklərlə institutsional yardımlar etməlidir. Əgər sahələr və peşələr üzrə həmkarlar qurumları yaransa bu siyasi proseslərə də müsbət təsir edəcək".


Pravda.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.


"Təəssüf ki, Azərbaycanda bütün mütərəqqi ideyalar “dəfn” edilib, bələdiyyələr “ölü doğulub”, Həmkarlar İttifaqı məmurlaşdırılıb, hətta uzun zaman Həmkarların rəhbərliyi ilə hakimiyyətin icra qolunun rəhbərlərinin birinin qohumluq əlaqələri olub – nonsensdir, Həmkarlar, məntiqlə, hakimiyyətin icra qolunun “mehriban düşməni”, mədəni opponenti olmalıdır, bizdə isə “qudalaşdırılmışdı”, qohumlaşmışdı. Ölkədə bütün oyun qaydalarını silbaşdan yazılmasına ehtiyac var, yeni Konstitutsiyaya ölkə “hamilədir” və “doğuş” gecikərsə, daxili problemlərin artması ehtimalı da yüksələcək..." - N.Cəfərli qeyd edib.

Tarix: 17 Fevral 2022, 16:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin