BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov Tahir Kərimlinin müdafiəsinə qalxdı: "Təmiz və səmimidir..."

“Milli Məclisin üzvü Tahir Kərimlinin bəzi hadisələrə reaksiyasının adekvat, ya qeyri-adekvat olmasına toxunmadan onu bildirirəm ki, o bu gün aktiv siyasi və ictimai həyatda olanların əksəriyyətindən təmiz və səmimidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

 

“Tahir Kərimli AXC hakimiyyəti dövrü Ali Məhkəmənin sədri olanda çoxlarından təmiz, rüşvətsiz işlədiyinin şəxsən şahidiyəm. Ona görə də onun videosunu yayıb lağa qoymağı düzgün saymıram. Bu gün problemlərin içində boğulduğumuz bir dövrdə Tahir Kərimli lağa qoyulası, tənqid ediləsi ən sonuncu adamlardandır” – A.İsmayılov qeyd edib.

Tarix: 17 Fevral 2022, 16:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin