BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ukrayna cəbhəsində vəziyyət o qədər gərgin, o qədər mürəkkəbdir ki…”

“Hazırda Ukrayna cəbhəsində vəziyyət o qədər gərgin, o qədər mürəkkəbdir ki, hər bir əlavə gərginlik müharibənin başlanmasının bir əlaməti kimi qələmə verilə bilər. Gərginlik artan yerdə şiddətli atışmalar da olur. Bu, təbiidir. Bəlkə də baş verən atışmalarla tərəflər bir-birlərinin hazırlıqlarını, imkanlarını yoxlayırlar. Bunu da istisna etmək olmaz. İndidən bununla bağlı ciddi proqnozlar vermək çətindir. Ona görə ki, hazırkı gərginlik şəraitində bütün ssenarilər mümkündür”.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Sona Əliyeva bildirib.

 

“Məhz bugünkü və dünənki gərginliklərin Rusiya və Ukrayna arasında müharibəyə gətirib çıxaracağını söyləmək müşkül məsələdir. Müharibədə qazanan tərəf olmur. Savaş olarsa, nəticədə hər iki tərəf ağır itkilərlə üzləşə bilər” – S.Əliyeva qeyd edib.

Tarix: 17 Fevral 2022, 18:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin