BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüfət Səfərov və Zaur Əkbər sərbəst buraxıldı - DİN-dən açıqlama - YENİLƏNDİ

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov hüquq müdafiəçiləri Rüfət Səfərov və Zaur Əkbərin Nəriman Rayon Polis İdarəsinin ərazisində polislər tərəfindən şiddətə məruz qaldığı iddiası ilə bağlı deyib ki, onlar Nəriman Rayon Polis İdarəsinin ərazisində çəkiliş ediblər, xəbərdarlıq edilib ki, çəkiliş etməsinlər. Orada heç kim döyülməyib, sadəcə, deyiblər ki, çəkiliş aparmayın. Rüfət Səfərovla əlaqə saxladım, o da anlayışla qarşıladı. Çox təəssüf olsun ki, bəziləri sürücülərin bu hərəkətindən öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd edirlər.

 

***

22:08

 

TIR sürücüsü Rəmiş Cəfərov barədə məlumat almaq istəyən hüquq müdafiəçiləri Rüfət Səfərov və Zaur Əkbər Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin qarşısında canlı yayım edərkən saxlanılıblar.

 

Pravda.az-ın xəbərinə görə, onlar bir müddət sonra sərbəst buraxılıblar.

 

Hüquq müdafiəçiləri zorakılıqla üzləşdiklərini iddia ediblər.

 

Daxili İşlər Nazirliyi bu iddianı təkzib edib.

Tarix: 17 Fevral 2022, 22:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin