BURADA REKLAMINIZ OLA
BİLƏR

“Deməli, rüşvət almaq əxlaqsızlıq deyil, amma həyatında sevgi və ya seks varsa, əxlaqsızlıqdır...”

“Boşanmış qadının kişi ilə münasibətinə əxlaqsızlıq kimi baxan cəmiyyətimiz var. Deməli, kiminsə cibinə girmək, rüşvət almaq, şər-böhtan atmaq, qeybət etmək əxlaqsızlıq deyil, amma həyatında sevgi ya seks varsa, əxlaqsızlıqdır. Beynim error verdi. Uşaq vaxtı ailəlikcə müharibə filmlərinə baxmaq normal idi, sevgi filmlərinə baxmaq anormal. Bütün problemlər elə o vaxtdan başlayıb. Adam öldürmək ayıb deyil, adam sevmək ayıbdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu müğənni Nura Suri bildirib.

 

N.Suri qeyd edib ki, insanın suya, havaya, yeməyə ehtiyacı olduğu kimi, əsas ehtiyaclarından biri də sevgi və seksdir: “İnsan belə yaradılıb. Yəni sizin dünyaya gəlişiniz seksin ya da sevginin nəticəsidir. Di gedin bu fikirlə yaşayın indi. Həyat tərzinizlə düşüncələriniz, düşüncələrinizlə danışdıqlarınız o qədər fərqlidir ki, özünüzü bir şəxsiyyət formalaşdıra bilmirsiniz çoxunuz. Öz hisslərinizi dilə gətirməyə qorxursuz, fikirlərinizlə sözləriniz uyuşmur. Öz acizliyinizi sizdən güclü insanları şərləməklə, söyməklə ört-bastır etməyə çalışırsınız. Kiminsə səviyyəsinə çatmağa yox, öz batağlığınıza salmağa çalışırsınız. Özünüzü olduğunuz kimi təqdim etmək cəsarətiniz yoxdur. Hər kəsin yanında fərqli obrazlara girirsiniz. Özünüzü olmadığınız kimi göstərməyə can atırsınız. Hətta bəyənmədiyiniz geyimi belə dəb olduğuna görə alıb geyinə bilirsiniz. Bütün günü onun bunun yatağını, şəxsi həyatını utanmadan müzakirə edirsiniz adını da namus, qeyrət qoyaraq...”

Tarix: 17 Fevral 2022, 23:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin