BURADA REKLAMINIZ OLA
BİLƏR

AMEA-nın prezidenti Misir Mərdanov olacaq?

Xəbər verildiyi kimi AMEA prezidenti Ramiz Mehdiyev 3 gün əvvəl tutduğu vəzifədən istefa verdi. Akademik hələki istefa ərizəsini ölkə başçısı İlham Əliyevə təqdim etməyib.

 

Hazırda ən çox müzakirə olunan məsələlərdən biri AMEA-da yeni prezidentin kim olacağıdır. Namizədlərin sırasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Urxan Ələkbərov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat İnstitutunun direktoru, professor Misir Mərdanovun olduğu deyilir. İctimaiyyətdə də AMEA-ya rəhbər kimi keçmiş təhsil naziri Misir Mərdanovun adı çəkilir. Məsələ ilə bağlı keçmiş təhsil naziri Misir Mərdanovun mövqeyi ilə maraqlandıq. Misir Mərdanovun isə Bizim.Media-ya cavabı belə olub: “AMEA-nın prezidentini ictimaiyyət deyil, AMEA-nın ümumi yığıncağında akademiyanın həqiqi üzvləri seçir”.

 

“Özünü AMEA prezidenti kimi görürmü?” – sualına isə Misir Mərdanov susqunluqla yanaşıb.

 

Qeyd edək ki, əvvəlki təcrübələrə görə Elmlər Akademiyasının prezident vəzifələrini təbiət və dəqiq elmləri təmsil edən alimlər idarə edib.

Tarix: 18 Fevral 2022, 00:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin