BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentin yeni təyin etdiyi başçılar kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Kürdəmir və paytaxtın Nizami və Nərimanov rayonlarına yeni icra başçıları təyin edilib.

 

Dosyesi təqdim edirik:

 

Ölkə başçısının sərəncamı ilə Nərimanov Rayon İcra Hakimiyyətinə başçı təyin edilən Elgin Şirin oğlu Həbibullayev hazırkı BŞİH rəhbəri Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə başçının köməkçisi olub. O, 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçısının köməkçisi, sonra isə müavini təyin edilib.

 

E.Həbibullayev 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə yeni Aparat rəhbəri təyin edilib.

 

Prezidentin digər sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elxan Oqtay oğlu İbrahimov 2020-ci ildə Şamaxı Rayon İcra Hakimiyyətində başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

 

Elxan İbrahimov daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb.

 

Ölkə.az

Tarix: 18 Fevral 2022, 11:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin