BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentin icra başçısı təyin etdiyi Elgin Həbibullayev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Pravda.az E.Həbibullayevin dosyesini təqdim edir:

 

Elgin Həbibullayev 7 aprel 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. Harvard Biznes Məktəbinin idarəetmə proqramını bitirib.

 

Elgin Həbibullayev son təyinatadək Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri vəzifəsində çalışıb. Daha öncə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində və icra hakimiyyəti strukturlarında müxtəlif məsul vəzifələrdə çalışmışdır.

 

Ailəlidir, iki övladı var.

Tarix: 18 Fevral 2022, 12:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin