BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni icra başçıları Prezidentə söz verdilər: Etimadı doğruldacağıq

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı Coşqun Cəbrayılov, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Prezident İlham Əliyevin qəbulunda çıxış ediblər.

 

Pravda.az-ın xəbərinə görə, C.Cəbrayılov bildirib:

 

“Möhtərəm cənab Prezident, mənə göstərdiyiniz bu böyük etimada görə Sizə öz dərin minnətdarlığımı bildirirəm. Söz verirəm ki, fəaliyyətim dövründə bu böyük etimadı doğrultmaq üçün var gücümlə çalışacağam”.

 

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Prezident İlham Əliyevə göstərdiyi bu böyük etimada görə dərin minnətdarlığını bildirib: “Sizin Sərəncamınızla təyinat almaq həm böyük şərəf, həm də çox böyük məsuliyyətdir. Sizin qarşıya qoyduğunuz bütün vəzifələri icra etmək, böyük etimadınızı doğrultmaq üçün var qüvvəmlə çalışacağıma söz verirəm”.

 

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov da Prezidentə göstərdiyi bu böyük etimada görə dərin minnətdarlığını bildirib: “İşimizi Sizin müəyyən etdiyiniz müasir idarəetmə prinsipləri üzərində qurmaqla bu etimadı doğrultmağa çalışacağam”.

Tarix: 18 Fevral 2022, 12:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin