BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyevin məmurlara verdiyi mesajlar ciddi əhəmiyyətə malikdir” - RƏY

"Prezident İlham Əliyevin Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbulu zamanı onların qarşısında duran başlıca vəzifələrlə bağlı vacib məqamlara toxunulub. Prezident qeyd edib ki, hər bir məmur, xüsusilə də icra başçıları vətəndaşlarla sıx təmasda olmalı, onları narahat edən problemləri dəqiq təhlil etməli və həllinə çalışmalıdırlar. Vurğulanıb ki, məmurların əsas vəzifəsi xalqa xidmət etməkdir. Prezident təəssüf hissi ilə qeyd edib ki, bəzi məmurlar vəzifəyə təyin olduqdan sonra hadisələrdən düzgün nəticə çıxarmır və ölkənin inkişafı və tərəqqisinə xələl gətirən addımlar atırlar. Dövlət başçısının məmurlara verdiyi mesajlar ciddi əhəmiyyətə malikdir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat hesab edir ki, Prezident İlham Əliyevin çıxışından dərs çıxarmaq və verilən tapşırıqlara əməl etmək lazımdır: “Cənab Prezident qeyd edib ki, korrupsiya və rüşvətxorluq hallarına yol verənlər, aztəminatlı  ailələrin, ictima işlərə cəlb olunmuş vətəndaşların əməkhaqlarına göz dikənlər cəzalarını alıblar və bundan sonra da belə neqativ hallara qarşı dövlət səviyyəsində ciddi addımlar atılacaq. Cənab Prezidentin bu mesajı təkcə yeni təyin olunmuş icra başçılarına deyil, hər kəsə verilmiş mesajdır. Dövlət başçısı hər zaman qeyd edir ki, Azərbaycan xalqının elə bir nömrəli xidmətçisi özüdür. Ona görə də bütün dövlət məmurları bundan nəticə çıxarmalı və Prezidentin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində, xüsusən də xalqı narahat edən problemlərin həllində mühüm addımlar atmalı və vətəndaşlarla yaxın münasibət qurmalıdırlar".

 

Nəzrin Cavid

Tarix: 18 Fevral 2022, 13:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin