BURADA REKLAMINIZ OLA
BİLƏR

Bələdiyyələrin fəaliyyətinə dair illik məruzə MM-ə tövsiyə olundu

Milli Məclisdə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” təqdim olunub.

Pravda.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” təqdim edildikdən sonra deputatlar tərəfindən müzakirə edilib.

Daha sonra “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, komitə iclasında həmçinin, “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi (ikinci oxunuş) və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) də müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.

Tarix: 18 Fevral 2022, 17:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin