BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev azad edilən ərazilərə səfər etmiş xarici səyyahlarla görüşüb - FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər etmiş xarici bloggerlər və səyyahlarla görüşüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Hikmət Hacıyev məlumat yayıb.

 

“3 günlük intensiv cədvəl çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfər edən Nomadmania səyyahları və bloggerlərlə ilə görüşməkdən çox məmnunam. Biz Cənubi Qafqazda münaqişədən sonrakı inkişaf, Azərbaycanın sülh gündəliyi və Ermənistanla normallaşma perspektivləri barəsində danışdıq”, - H.Hacıyev bildirib.

Fotoları təqdim edirik
Tarix: 18 Fevral 2022, 18:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin