BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadın su çəninə düşərək öldü

Xaçmazda qadın su çəninə düşərək ölüb.

 

Hadisə rayonun Yeni Həyat qəsəbəsində baş verib.

 

Qəsəbə sakini, 1956-cı il təvəllüdlü Sevinc Nəriman qızı Orucova yaşadığı evin həyətində 5 tonluq su çənini doldurarkən çənin içərisinə düşüb və boğulub.

 

S.Orucovanın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Report

Tarix: 19 Fevral 2022, 10:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin