BURADA REKLAMINIZ OLA
BİLƏR

Vüqar İskəndərov: "Cəza tədbirləri Manaf Ağayev və digərlərinin təhlükəsizliyini təmin etmək üçündür"

"Təsəvvür edin ki, hörmət etdiyimiz sənətkarlarımız işğaldan azad edilən ərazilərə səfər edir və hansısa faciə baş verir. Belə cəza tədbirləri Manaf Ağayev və digərlərinin təhlükəsizliyini təmin etmək üçündür. Sənətkarlar tanınmışdır, onlara belə məsələlərdə güzəşt edilməsi qıcıq yarada bilər. Sual yaranır ki, niyə kimlərəsə güzəşt edilir?! Qanun hər şeydən üstündür, çalışmalıyıq ki, qanunlara hər zaman əməl edək. Unutmamalıyıq ki, qanun şahdır. Vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq qanun qarşısında hər kəs bərabərdir".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.


Deputat qeyd edib ki, Manaf Ağayev də qanunsuz səfər etdiyinə görə cəzalandırılmalı idi: "44 günlük Vətən müharibəsindəki qələbəmiz bizi qürurlu xalqa çevirib. Uzun illər idi ki, həmin ərazilərə gedə bilmirdik. Qələbədən sonra isə Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri aparılır. Şuşada, Ağdamda, Füzulidə və digər işğaldan azad edilmiş ərazilərdə böyük inzibati binalar, tunellər, iaşə obyektləri inşa edilir. Vətəndaşların rahat gediş-gəlişinin təminatı üçün bir sıra rayonlara marşrut xətti açılıb. Bununla yanaşı, həmin ərazilərə qanunsuz səfər edən vətəndaşlar da olur. Dövlət dəfələrlə xəbərdarlıq edib ki, həmin ərazilərə qanunsuz səfər etmək olmaz, çünki təhlükəlidir. Lakin dövlət xətti ilə səfərlər təşkil edildikdə vətəndaşların təhlükəsizliyi təmin edilir. Qanunsuz səfərlər isə müəyyən faciələrə səbəb ola bilər".


Nəzrin Cavid

Tarix: 19 Fevral 2022, 19:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin