BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana təşəkkür etdi - VİDEO

ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə Vaşinqtondan açıqlama verib.

Pravda.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

“Keçən il Azərbaycanda olarkən bizim birgə işimiz sayəsində əldə olunan nailiyyətləri nəzərdən keçirdim.

Biz Azərbaycanın iqtisadiyyatını şaxələndirməsi və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində olan səylərini dəstəkləməyə davam edəcəyik.

Kabil hava limanının mühafizəsini təmin edən ölkələrin sırasında xidmətinə və ümumilikdə NATO-nun əməliyyatlarını dəstəklədiyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk” - deyə o, açıqlamasında qeyd edib.

 

 


Tarix: 19 Fevral 2022, 19:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin