BURADA REKLAMINIZ OLA
BİLƏR

Əvəz Zeynallı: "Cavanşir Feyziyevin dərmanları saxtadır, öldürür"

“Cavanşir Feyziyevin dərmanları saxtadır, onun dərmanları öldürür!”.



Pravda.az xəbər verir ki, bu sözləri Xural TV-nin rəhbəri Əvəz Zeynallı “Siyasət meydanı” verilişinin efirində deyib.

O ölkədəki dərmanların baha və keyfiyyətsiz olmasından şikayətlənib:

“Axı Feyziyevin dərmanlarını niyə alım?! Dəli olmuşam...?! Moskvadan, Fransadan olan dostlarıma deyərəm başağırısı, öskürək və s. dərmanlar göndərərlər. Bizim bəzi elitarların suyu, yeməyi xaricdən gələndə biz də deyək, “dərmanımız Fransadan gəlib”. Mən nə edim? Özümü Feyziyevin dərmanlarına verim?! Feyziyevin dərmanları saxtadır, onun dərmanları öldürür! Ümumiyyətlə, Azərbaycanın dərmanlarının çoxu saxtadır, öldürür!”.

Tarix: 19 Fevral 2022, 20:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin