BURADA REKLAMINIZ OLA
BİLƏR

"Allah cəmi azadlığa layiq olanların qapısını açsın" - Fədayə Laçından Manaf Ağayevin həbsinə münasibət

"Eşitdim və məyus oldum. Eybi yox, Manaf, kişinin başına iş gələr. Allah kömək olsun”.

 

Pravda.az-ın xəbərinə görə, bunu müğənni Fədayə Laçın Manaf Ağayevin 15 sutka həbsinə münasibət bildirərkən deyib.

 

“Əslində Manaf ağır bir cinayət törətməyib, amma qaydaları da pozmaq olmazmış. Allah cəmi azadlığa layiq olanların qapısını açsın" – F.Laçın əlavə edib.

 

Qeyd edək ki, Manaf Ağayev qanunsuz yolla işğaldan azad olunmuş Füzuli rayonuna səfər etdiyi üçün, dostu, iş adamı Sənan Hüseynovla birgə 15 sutka həbs olunub.

Tarix: 19 Fevral 2022, 22:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin